Qərarını verib: Qışda “Yuventus”dan ayrılacaq
Qətərin “Əl Rayyan” klubunun diqqət mərkəzində olan “Yuventus”un futbolçusu Mario Mancukiç qərarını verib.
Komanda.az xəbər verir ki, xorvatiyalı hücumçu qışa qədər Turin təmsilçisində qalacaq. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.
“Əl Rayyan” Mancukiç üçün “Yuventus”a 10 milyon avro təklif etmişdi. Ancaq 33 yaşlı hücumçunun karyerasını İngiltərədə davam etdirmək istəyi bu keçidin reallaşmasına əngəl olub.
Mancukiçin qış transfer pəncərəsi dövründə “Yuventus”dan ayrılacağı gözlənilir. Onun Turin klubuyla müqaviləsi 2021-ci ilin yayında bitir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin