Qətər şeyxinin “Mançester Yunayted” məyusluğu

Qətər şeyxi Həməd bin Casim bin Cabir Əl Tani Qleyzer ailəsinin “Mançester Yunayted”i satacağına şübhə edir.

Komanda.az “The Guardian”-a istinadən xəbər verir ki, dörd həftə əvvəl Həməd bin Casim klub üçün 6 milyard funt-sterlinq qarşılığında beşinci təklifini edib. Bu, şeyxin son təklifi olub. O və müşavirləri Mançester klubunun satış prosesinin sürətindən məyus olurlar.

Üstəlik, onlar Qleyzerlərin ümumiyyətlə, klubu satacağına inamlarını itirirlər. Qətərlilər son təklifə cavab almayıblar.

Qətər şeyxinin MY üçün rəqibi milyarder Cim Ratkliffdir. Qətərlilər səhmlərin 100 faizini, ingilislər isə 50 faizdən bir qədər çoxunu almaq istəyirlər.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button