
Kuman “Barselona”dakı günlərindən danışdı
“Barselona”nın keçmiş baş məşqçisi Ronald Kuman Kataloniya klubundakı fəaliyyəti barədə danışıb.
Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, o, həmin dövrdə çətin anlar yaşadığını, amma yaxşı təcrübə qazandığını dilə gətirib:
“Mənim üçün yaxşı təcrübə oldu. Klubun düşdüyü vəziyyətə görə çətin anlar yaşadıq. Lakin mən öz işimi görmüşəm. Qərarlarımda həmişə səmimi olmuşam”.
Niderlandlı məşqçi 2020-2021-ci illərdə “Barselona”nın “sükanı arxasında” olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin