“Qələbəyə layiq idik” – Murad Musayev
“Sabah”ın baş məşqçisi Murad Musayev Azərbaycan Premyer Liqasının 20-ci turu çərçivəsində “Zirə”yə qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.
Komanda.az xəbər verir ki, o, 1:0 hesabıyla qalib gəldikləri oyundan sonra bunları söyləyib:
“Çətin oyun alındı. Meydanın hər qarışı uğrunda gərgin mübarizəyə şahidlik etdik. Bizim “Zirə” ilə oyunlarımız həmişə belə alınır. İlk hissədə zəif təsir bağışladıq. Amma fasilədən sonra daha yaxşı oynadıq. Yekunda qol vurub, vacib qələbə qazandıq. Düşünürəm ki, qələbəyə layiq idik.
Birinci hissədə ötürmələrin çoxu səhv alınırdı. Anatoli Nuriyevin bir epizodu oldu. Topa çox nəzarət edə bilmirdik. Azlıqda qaldıqdan sonra daha çox əks-hücumlara bel bağlayırdıq. Nəticədən asılı olmayaraq, futbolçularımdan razı qalacaqdım.
Mən də çox şeydən narazıyam. Bu gün Elvin Camalova verilən qırmızı vərəqə düzgün deyildi. Eləcə də ötən turda futbolçumuza göstərilən qırmızı vərəqə ilə narazıyam. Düşünürəm ki, imkan vermək lazımdır ki, oyunun ritmi pozulmasın. Çox təəssüf ki, hər matçdan sonra məşqçilər hakimlərdən narazı qalırlar”.
Akif Əhmədov
Bizi Facebook-da izləyin