“Qələbəyə gücümüz çatmadı” – Luka Modriç
Xorvatiya milli komandasının futbolçusu Luka Modriç AÇ-2020-nin seçmə mərhələsində Azərbaycanla qarşılaşdıqları oyundan sonra (1:1) fikirlərini bildirib.
Komanda.az “jutarnji.hr” saytına istinadən xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçi əvvəlcə oyun haqda fikirlərini bildirib:
- İstədiyimiz 3 xalı qazana bilmədik. Ancaq oyuna yaxşı başlamışdıq. İlk 20-25 dəqiqəni həqiqətən yaxşı oynadıq. Bir qol vurduq, ancaq 2-3 qol da vura bilərdik. Bundan sonra rahatlaşdıq və Azərbaycan millisinin şans yaratmağına imkan verdik. Sonda onlar da fərqlənməyi bacardılar. İki oyuna 4 xal qazandıq. Daha 3 oyunumuz qalıb. İnanıram ki, sonda AÇ-2020-nin qruplarına vəsiqə qazanacağıq.
- Siz oyuna yanaşmadan çox danışmışdız. Amma matçın startından cəmi 15 dəqiqə sonra çətinlikləriniz başladı. Nə baş verdi?
- İzah etmək çətindir. Biz çox yaxşı başlamışdıq və oyunu lazımınca apara bilərdik. Təəssüf ki, hansısa səbəbdən bunu bacarmadıq. Bunu dəcəllik kimi qiymətləndirmək də olar. Çünki həqiqətən də dominantlıq etdiyimizi görürdük. Biz rəqibə imkan verirdik ki, təhlükəli epizodlar yaratsınlar. Matçın gedişində onlar hücumlarını daha da çoxaltdılar və heç nədən bir oyunçu 3-4 futbolçumuzu keçib bizə qol vurdu. Buna yol vermək olmazdı. Nəticədə qələbəyə gücümüz çatmadı. Gəlin, növbəti oyunlara keçək. Hələ də hər şey öz əlimizdədir.
- Paltardəyişmə otağında məyusluq nə qədər idi?
- Əlbəttə, bu, məyusedici haldır. Çünki biz qələbəyə ümid edirdik. Xüsusən, o zaman ki, yaxşı oynayıb bu qədər şans yaradırsan. Hələ hər şey açıqdır. Avropa çempionatına vəsiqəyə iddia etmək üçün qarşıda 2 ev və 1 səfər oyunumuz var. Görünür, bizə hər şeyi sadə sonlandırmaq xoş gəlmir.
- Beləliklə, Macarıstan üzərində qələbə sizin üçün çox vacib oldu.
- Yaxşı atmosfer və əla dəstək gözləyirəm. Biz uzun müddətdir Split şəhərində oynamırıq. Əlbəttə, qələbəmizə inanıram. Hazırda bütün xallar çox vacibdir. Qrupdakı vəziyyətin nə olduğunu sonra görəcəyik.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin