“Qələbəyə bərabər heç-heçə əldə etdik”
“Səbail”in məşqçisi Vüqar Məmməd Azərbaycan Premyer Liqasının 13-cü turu çərçivəsində “Keşlə”yə qarşı keçirdikləri oyunu şərh edib.
Komanda.az xəbər verir ki, o, 2:2 hesabıyla başa çatan matçdan sonra bunları söyləyib:
“Hellikopter qəzasında həlak olan şəhidlərimizə Allah rəhmət etsin. Çox ağır oyun oldu. İki fərqli hissə izlədik. Hesabda geri olsaq da, fasilədən sonra müəyyən dəyişikliklər etdik. Qələbəyə bərabər heç-heçə əldə etdik. “Keşlə” ciddi rəqibdir. Hər oyundan öncə zədəli və cəzalı futbolçularımız olur. Bu gün də bir sıra itkilərimiz var idi. Rəqib komandanın futbolçusu Anatol Abanq qırmızı vərəqə aldıqdan sonra təşəbbüsə tam yiyələndik. Sonadək mübarizə apardıq və istəyinizə çatdıq. Sistemi və bir neçə oyunçunu dəyişdirməyimizin də faydası oldu”.
Bizi Facebook-da izləyin