“Qələbəni qeyd etməyə çox da vaxtımız yoxdur” – Rəşad Sadıqov
“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 21-ci turun çərçivəsində doğma meydanda “Qarabağ”a qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.
Komanda.az xəbər verir ki, o, 3:2 hesabı ilə qalib gəldikləri matçla bağlı bunları söyləyib:
“Olduqca dramatik oyun alındı. İlk dəqiqələrdə yaxşı çıxış edirdik. Təəssüflər olsun ki, iki qol buraxdıq. İkinci hissədə futbolçularımız performanslarını daha da artırıb təslim olmadan mübarizə aparırdılar. Üç qol vurduq və çox vacib qələbə qazandıq. Üç gün sonra bizi “Araz-Naxçıvan”la kubok oyunu gözləyir. Qələbəni qeyd etməyə çox da vaxtımız yoxdur. Kubok matçına köklənməliyik.
“Qarabağ” çox sıx qrafikdə oynayır. Gözləyirdik ki, ikinci hissədə onlarda temp aşağı düşər. Düzdür, bunu çox da hiss etmədik. Çox fəal idilər. Hər şey bizim üçün uğurlu alındı. İnamlı və əzmkar oyuna görə futbolçularıma təşəkkür edirəm”.
Bizi Facebook-da izləyin