Qəhrəman Əliyev vəfat etdi
Azərbaycan futboluna ağır itki üz verib.
Komanda.az xəbər verir ki, tanınmış məşqçi Qəhrəman Əliyev vəfat edib. O, 63 yaşında ölüb.
2020-ci ilin noyabrında koronavirusa yoluxan Qəhrəman Əliyev uzun müddət idi koma vəziyyətində idi.
O, yoluxmanın nəticəsində beyin insultu keçirmişdi.
Qəhrəman Əliyev “Şəmkir”, “Masallı”, MOİK, “Olimpik”, “Bakı” kimi klublarda çalışıb. Mərhum mütəxəssis 2002/2003 mövsümündə “Şəmkir”lə Azərbaycan çempionu olub. Əliyev 19 yaşadək futbolçulardan ibarət milli komandanın da baş məşqçisi olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin