Qədirzadənin yoxluğunda komandası məğlubiyyətə üzüldü
Futbol üzrə Gürcüstan çempionatında 15-ci turun oyunları keçirilib.
Komanda.az xəbər verir ki, azərbaycanlı müdafiəçi İbrahim Qədirzadənin formasını geyindiyi “Samtrediya” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv doğma meydanda “Samqurali” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 2:3.
İbrahim bu görüşün iştirakçısı olmayıb. 21 yaşlı müdafiəçinin adı matçın iştirak ərizəsinə də daxil edilməyib.
“Samtrediya” 15 oyuna topladığı 9 xalla hazırda 10 iştirakçı arasında 9-cu pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin