Qədirzadəli “Samtrediya”dan ardıcıl 3-cü məğlubiyyət
Futbol üzrə Gürcüstan çempionatında 3-cü turun oyunları keçirilib.
Komanda.az xəbər verir ki, azərbaycanlı müdafiəçi İbrahim Qədirzadənin formasını geyindiyi “Samtrediya” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə “Şukura” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:2.
İbrahim də bu görüşün iştirakçısı olub. 21 yaşlı müdafiəçi start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.
Qeyd edək ki, “Samtrediya” Gürcüstan çempionatında 3 turdan sonra hələ xal hesabını aça bilməyib və 10 iştirakçı arasında sonuncu pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin