“Qəbələ”nin yay hazırlıq planı məlum oldu

“Qəbələ”nin yay hazırlıq planı məlum olub.

Bölgə təmsilçisinin mətbuat xidmətindən Komanda.az-a verilən məlumata görə, komanda iyunun 30-da Qəbələdə təlim-məşq toplanışına başlayacaq. Hazırlıq prosesinin ilk mərhələsi 14 gün davam edəcək.

Bu müddət ərzində 2 yoxlama oyunu planlaşdırılıb. Hazırlıq matçları iyunun 6-da və 14-də baş tutacaq. İkinci yoxlama oyunu “Şamaxı”ya qarşı keçiriləcək.

Təlim-məşq toplanışının ikinci mərhələsinə iyunun 14-də start veriləcək. Avqustun 8-dək Qəbələdə davam edəcək hazırlıq dövründə daha 5 oyunun keçirilməsi planlaşdırılır. Rəqiblər və matçların vaxtı hələlik məlum deyil.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button