UEFA Gənclər Liqası: “Qəbələ”nin oyunu ukraynalılara tapşırıldı

“Qəbələ”nin UEFA Gənclər Liqasının 1-ci mərhələsində “Alkmaar”a (Niderland) qarşı keçirəcəyi ilk oyunun hakimləri açıqlanıb.

Komanda.az UEFA-nın saytına istinadən xəbər verir ki, sentyabrın 29-da keçiriləcək oyunu Ukraynadan olan hakimlər briqadası idarə edəcək.

Matçın baş hakimi Viktor Koplievski olacaq. Ona yan xətt hakimləri Vitali Skoblya və Vladimir Korotin kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə azərbaycanlı referi Fərid Hacıyev yerinə yetirəcək.

Sentyabrın 29-da keçiriləcək “Qəbələ” – “Alkmaar” oyunu saat 17:00-da olacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button