
“Qəbələ”nin sabiq futbolçusu Türkiyə klubuna keçib
“Qəbələ”nin sabiq futbolçusu Lukas Afriko Türkiyədə oynayacaq.
Komanda.az xəbər verir ki, 30 yaşlı braziliyalı müdafiəçi “Vansspor”la anlaşıb.
Yeni mövsümdən 1-ci liqada mübarizə aparacaq klub Lukasla 1 illik müqavilə imzalayıb.
Afriko 2023/2024 mövsümünü “Qəbələ”də keçirmişdi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



