“Qəbələ”nin sabiq futbolçusu: “Azərbaycanda maaş problemi yoxdur”
“Qəbələ”nin sabiq futbolçusu Ceyms Adeniyi Nigeriya və Azərbaycan çempionatını müqayisə edib.
Komanda.az xəbər verir ki, hazırda İsrailin “Makkabi” (Petah-Tikva) klubunda çıxış edən hücumçu, Azərbaycanda maaş problemi olmadığını da deyib:
“Daha əvvəl ölkəmizdə “COD Yunayted”də çıxış etdim. Bundan sonra Albaniyaya üz tutdum. Getdiyim çempionatların standartları aşağı olsa da, onlar Nigeriya Peşəkar Futbol Liqasını (NPFL) səviyyəcə üstələyirlər. İrəliyə getmək üçün mənə bir addım lazım idi. Düzdür, sonradan Azərbaycana köçmək məcburiyyətində qaldım.
Azərbaycan Premyer Liqası NPFL-dan daha yaxşı təşkil olunur. Azərbaycanda maaş problemi yoxdur”.
Adeniyi 2018/2019 və 2020/2021 mövsümünü “Qəbələ”də keçirib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin