Qriqorçuk Ukraynaya qayıtmaq istəyir
“Qəbələ”nin sabiq baş məşqçisi Roman Qriqorçuk Ukraynada çalışmaq istəyir.
Komanda.az xəbər verir ki, bu barədə 55 yaşlı mütəxəssis Ukrayna mətbuatına müsahibəsində deyib. O, Ukrayna klublarından təklif gözlədiyini və bu ölkədə işləmək istədiyini bildirib.
Son olaraq Qazaxıstan “Astana”sını çalışdıran Qriqorçukun adı bir müddət əvvəl Azərbaycan milli komandasıyla da hallanırdı. Ukraynalı mütəxəssis 2015-2018-ci illərdə “Qəbələ”ni çalışdırıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin