“Qəbələ”nin prezidenti iməcilik təşkil etdi
“Qəbələ” İdman Klubu tərəfindən 22 aprel Yer Günü ilə əlaqədar Şahdağ Milli Parkında yerləşən Məyəl dərəsi adlanan ərazidə iməcilik keçirilib.
Komanda.az klubun sosial şəbəkə hesabına istinadən xəbər verir ki, klub prezidenti Fariz Nəcəfovun iştirakı ilə reallaşan iməcilikdə akademiyanın futbolçu, məşqçi və inzibati heyəti yer alıb.
İməcilikdən öncə Fariz Nəcəfov tərəfindən gənc futbolçulara ətraf mühitin qorunmasının və təmizliyə riayət olunmasının önəmi barədə geniş məlumat verilib. Ardınca ərazi tam şəkildə tullantılardan təmizlənib. Ərazidən 60 kisədən artıq tullantı toplanıb. Sahəyə xəbərdarlıq nişanları və zibil çəlləkləri yerləşdirilib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin