“Qəbələ”nin “Omoniya” ilə matçlarının hakimləri müəyyənləşdi
“Qəbələ”nin UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Omoniya” (Kipr) ilə oyunlar üçün hakim təyinatları müəyyənləşib.
Komanda.az xəbər verir ki, iyulun 27-də Qəbələdə keçirilləcək ilk matçı (saat 20:00) Rumıniya Futbol Federasiyasından Andrey Çivulete idarə edəcək.
Ona Sebastyan George və Daniel Mitruti köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Horatiu Fesnik yerinə yetirəcək.
Avqustun 3-də Kiprdəki cavab görüşünün (saat 21:00) baş hakimi isə İsveç Futbol Federasiyasından Adam Ladebek olacaq. Markus Lundqren Klitte və Daniel İng köməkçi hakimlər, Yoakim Estlinq dördüncü hakim təyin edilib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin