“Qəbələ”nin müdafiəçisi “Kəpəz”də

“Kəpəz” daha bir futbolçunun keçidini həll edib.

Komanda.az xəbər verir ki, Gəncə təmsilçisi Rüfət Əhmədovu “Qəbələ”dən bir illik müddətə icarəyə götürüb.

21 yaşlı oyunçu sol cinah müdafiəçisi mövqeyində çıxış edir.

Rüfət Əhmədov əvvəllər 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasına da dəvət alıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button