“Qəbələ”nin futbolçusu Fransa mətbuatına danışdı: “Bura insanların futbolu çox da izləmədiyi bir ölkədir”
“Qəbələ”nin futbolçusu Stiven Monroz “France Football” nəşrinə açıqlama verib.
Komanda.az xəbər verir ki, fransız hücumçu Azərbaycan futbolu ilə bağlı təəssüratlarını bölüşüb:
“Mənə müqavilə təklif edildikdə ilk olaraq, ailəmin təhlükəsizliyinin hansı səviyyədə olacağı ilə maraqlandım. Həqiqətən çox təəccübləndim. İki ildir burdayam və heç bir problemlə qarşılaşmamışam. Burda bütün dinlərə hörmət edilir. Bakı gözəl şəhərdir.
Futbolun səviyyəsi bir az aşağı, komandaların sayı azdır. Aşağı liqada isə peşəkar klublar demək olar yoxdur. İnsanların futbolu çox da izləmədiyi bir ölkədir. Həqiqi azarkeşləri olan iki klub var – “Qarabağ” və “Neftçi”. Bunlar ölkədə ən çox azarkeşləri olan klublardır.
Avropa Liqasının final matçının Bakıda olmağına təəccübləndim. Ancaq bu, futbolsevərləri stadionlara gətirəcək. Hər yerdə afişalar var. Azərbaycan futbolun inkişaf etdiyi bir ölkədir. Avropa və Çempionlar Liqasında mübarizə aparan “Qarabağ” var. Bu klubla oyunlarda meydana həmişə xüsusi motivasiya ilə çıxıram. Səviyyəniz uyğundursa və legionersizsə, “Qarabağ” kimi bir klubda oynaya bilsəz, illik 400-600 min avro və ya dollar məvacib alacaqsız. Bu məbləği Fransa 2-ci Liqasında görmək mümkün deyil.
Bir müddət əvvəl Maykl Essyen “Səbail” klubuna gəldi. Ancaq düşünürəm ki, hələ fiziki formasında deyil. Klubu ilə daha bir il müqaviləsi var. İnsanlar onun oynamasını səbirsizliklə gözləyirdi”.
Bizi Facebook-da izləyin