“Qəbələ”nin futbolçusu “Fehervar”la matçda ölümdən döndü
“Qəbələ”nin futbolçusu İlkin Qırtımov Konfrans Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində Macarıstanda “Fehervar”a qarşı keçirilən ilk oyunda ağır zədə alıb.
Komanda.az xəbər verir ki, matçın 34-cü dəqiqədində rəqib oyunçu ilə toqquşmadan sonra 32 yaşlı müdafiəçinin dili qatlanıb.
Ona ilk yardımı komanda yoldaşı Asif Məmmədov göstərib. “Qırmızı-qaralar”ın kapitanı dərhal müdaxilə edərək, Qırtımovun həyatını xilas edib. Həkimlərin də təxminən 5-6 dəqiqəlik yarımından sonra futbolçu meydançanı xərəkdə tərk edib. Onun əvəzinə oyuna Rüfət Əhmədov daxil olub.
Hazırda matçda ilk hissə oynanılır və hesab bərabərdir – 1:1.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin