
“Qəbələ”dən yeni transfer
Transfer çalışmalarına start verən “Qəbələ” heyətinə yeni futbolçu qatıb.
Komanda.az kluba istinadən xəbər verir ki, müdafiəçi Vüqar Həsənov “qırmızı-qaralar”ın uğurları üçün çalışacaq.
26 yaşlı futbolçu ilə 2 illik müqavilə bağlanıb.
Həsənov son iki mövsümdə “Səbail”in formasını geyinib. O, bunadək “Şamaxı-2” (2017-2018), “Neftçi-2” (2020), “Kəpəz” (2021-2022) komandalarında çıxış edib.
Müdafiəçi Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət millisinin də şərəfini qoruyub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin