“Qəbələ”dən legioneri ilə yeni müqavilə
“Qəbələ” müdafiəçisi Ruan Renato ilə müqavilə müddətini uzadıb.
Komanda.az xəbər verir ki, braziliyalı futbolçu ilə yeni anlaşma daha bir il müddətinə nəzərdə tutulub.
Əvvəlki müqaviləsi 2021-2022-ci illər mövsümünün sonunda başa çatan 28 yaşlı cənubi amerikalı daha bir mövsüm “qırmızı-qara” formanı geyinəcək. Onun anlaşması 2023-cü ilin iyununda başa çatacaq.
Xatırladaq ki, 2021-ci ilin avqustundan “Qəbələ”nin şərəfini qoruyan Renato bu komandanın heyətində keçirdiyi 22 matçda 2 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin