“Qəbələ”dən 2 oyuna 31 qol

“Qəbələ” Futbol Akademiyasının komandaları AFFA tərəfindən təşkil olunan liqalarda növbəti oyunlarını keçiriblər.

Komanda.az xəbər verir ki, U-17 “Mil-Muğan” üzərində 4:0 hesablı qələbənin ardından “Qarabağ”ı məğlub edib – 2:0. Keçirdiyi 17 görüşdə 34 xal toplayan komanda 3-cü pillədədi.

“Sabah”ı 2:1 hesabı ilə yenən U-16 ardınca “Neftçi” İK İB üzərində böyükhesablı qələbə qazanıb – 6:1. 22 matçda 58 xal yığan komanda yarışın vahid lideridi.

U-15 “Xilə”ni 7:1, “Neftçi” İK İB-i 3:0 hesabı ilə üstələyib. “Qırmızı-qaralar” 20 oyundan 54 xalla turnir cədvəlinə başçılıq edir.

U-14 “Neftçi” PFK üzərində 1:0 hesablı qələbədən sonra Paytaxt zonasında vahid lider olub. 19 oyundan sonra komandanın 43 xalı var.

“Keşlə”ni 2:1 hesabı ilə məğlub edən U-13 20 matçda 30 xal toplayıb. “Qırmızı-qaralar” 7-cı sırada yer alıblar.

Qızlar arasında Yüksək Liqada çıxış edən “Qəbələ” son iki oyunda vurulan qol sayını 31-ə çatdırıb. “Zaqatala”nı 18:0 yenən komanda ardınca “Fidan”a 13 cavabsız qol vurub. 12 matçda 20 xal toplayan “qırmızı-qaralar” 5-ci yerdə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button