
“Qəbələ”də israilli futbolçu
Yeni mövsümə hazırlaşan “Qəbələ” heyətinə daha bir futbolçu qatıb.
Komanda.az xəbər verir ki, “qırmızı-qaralar” Gilad Avramovun keçidini rəsmiləşdirib.
İsrailli yarımmüdafiəçi ilə 2 illik müqavilə imzalanıb.
23 yaşlı futbolçu peşəkar karyerasına 2018/19 mövsümündə “Hapoel” (Hadera) klubunda başlayıb. Son beş mövsümü bu komandada keçirən yarımmüdafiəçi 118 oyunda 5 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin