“Qəbələ”də iordaniyalı futbolçu – rəsmi

“Qəbələ” klubu heyətinə daha bir futbolçu qatıb. 

Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, “qırmızı-qaralar” iordaniyalı yarımmüdafiəçi Omar Hani ilə anlaşıb. 22 yaşlı cinah oyunçusu ilə 1+1 illik müqavilə imzalanıb.

Peşəkar karyerasına vətənində başlayan vingerin ilk klubu “Əl-Faysali” olub. O, 2019-cu ildə Kipr təmsilçisi APOEL-ə keçib. 2019-2021-ci illərdə bu komandanın şərəfini qoruyan Hani 2020-2021-ci illərdə icarə əsasında Nikosiya “Olimpiakos”sunda çıxış edib.

İordaniyanın U-19 və U-23 milli komandalarının formasını geyinmiş futbolçu əsas yığmada bir oyun keçirib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button