Qəbələdə dava: Futbolçular dalaşdı, polis azarkeşləri həbs etdi
UEFA Gənclər Liqasının ilk mərhələsinin cavab qarşılaşması çərçivəsində keçirilən “Qəbələ” – APOEL görüşündən (0:1) sonra qarşıdurma yaşanıb.
Komanda.az xəbər verir ki, final fiti səsləndikdən sonra qələbəni çılğınlıqla bayram edən qonaq komandanın futbolçuları və rəsmiləri ilə “qırmızı-qaralar”ın bir neçə oyunçusu arasında dava düşüb.
“Qəbələ” akademiyasının rəhbər şəxsləri meydana daxil olduqdan sonra aranı sakitləşdirmək mümkün olub.
Görüşün baş hakimi “Qəbələ”nin futbolçusu Veysəl Rzayevə birbaşa qırmızı vərəqə göstərib. Buna səbəb azərbaycanlı futbolçunun rəqib düşərgədən kiminsə başına şapalaq vurması olub.
Bundan başqa, qəbələli azarkeşlərlə polis arasında da qarşıdurma yaşanıb. “Qəbələ”nin “Red Black Army” azarkeş qrupunun yaradıcısı Azad polis tərəfindən bölməyə aparılıb. Buna səbəb, azarkeşlərin tribunaları gec boşaltması olub. Asayiş keşikçiləri azarkeşləri zorla stadiondan çıxarmağa çalışıb və insident yaşanıb.
Bizi Facebook-da izləyin