“Qəbələ”də daha iki ayrılıq
“Qəbələ” iki futbolçu ilə yollarını ayırıb.
Komanda.az xəbər verir ki, qapıçı Səlahət Ağayev və yarımmüdafiəçi Andrey Strijak 2023-2024-cü illər mövsümündən “qırmızı-qara” formada çıxış etməyəcək.
2022-ci ilin yayından “Qəbələ”nin şərəfini qoruyan futbolçuların müqavilə müddəti başa çatıb. 32 yaşlı qolkiper “Qəbələ”də keçirdiyi mövsüm ərzində 34 matçda iştirak edib. 24 yaşlı ukraynalı legioner 7 oyun keçirib.
“Qəbələ” İdman Klubu Ağayevlə Strijaka “qırmızı-qara” forma ilə keçirdiyi oyunlara və qazanılan qələbələrdəki paylarına görə təşəkkür edib, gələcək karyeralarında uğurlar arzulayıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin