“Qəbələ”də 3 yeni müqavilə
“Qəbələ” klubu üç futbolçusu ilə müqavilə müddətini uzadıb.
Komanda.az klubun saytına istinadən xəbər verir ki, 28 yaşlı şimali makedoniyalı yarımmüdafiəçi İsnik Alimi, 22 yaşlı ispaniyalı qapıçı Kristof Atanqana və 23 yaşlı toqolu hücumçu Yaovi Akakpo ilə yeni anlaşma imzalanıb.
Bu müqavilələr daha bir il müddətinə nəzərdə tutulub.
Əvvəlki anlaşmaları 2021-2022-ci illər mövsümünün sonunda başa çatan legionerlər növbəti mövsümdə də qırmızı-qara formanı geyinəcək. Hər üç oyunçunun yeni anlaşması 2023-cü ilin iyununda başa çatacaq.
“Qəbələ”nin heyətində Alimi 32 (10 qol), Akakpo 6 (2 qol), Atanqana 5 oyun keçirib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin