“Qəbələ”də 2 ayrılıq
“Qəbələ” klubu daha iki futbolçusu ilə yollarını ayırıb.
Komanda.az “qırmızı-qaralar”ın rəsmi “feysbuk” səhifəsinə istinadən xəbər verir ki, yarımmüdafiəçilər Rövlan Muradov və Felipe Santosla müqavilələrin müddəti başa çatıb.
“Qəbələ” futbol akademiyasının yetirməsi olan Muradov əsas komandada keçirdiyi 117 oyunda 12 qol vurub. Ötən ilin yayından “Qəbələ”nin şərəfini qoruyan braziliyalı legioner isə 43 matçda 6 dəfə fərqlənib.
Əyalət təmsilçisi daha əvvəl Ramon Maçado, Məqsəd İsayev, Andrey Strijak və Səlahət Ağayevlə də vidalaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin