“Qəbələ” yeni transferini açıqladı

Qarşıdakı mövsümə hazırlıqları davam etdirən “Qəbələ” yeni transferini açıqlayıb.

Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbr verir ki, Fil Dişi Sahilindən olan yarımmüdafiəçi Adriel Ba Loua ilə 1 illik müqavilə imzalanıb.

28 yaşlı futbolçunun son klubu “Kan” (Fransa) olub. Ba Loua bunadək ASEC (Fil Dişi Sahili), “Lill” (Fransa), “Veyle” (Danimarka), “Karvina”, “Viktoriya” (hər ikisi Çexiya) və “Lex”də (Polşa) forma geyinib.

“Qəbələ” bunadək Prins Ovusu, İsaak Amoah və Paulo Quimbilanı heyətinə qatıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button