“Qəbələ” UEFA Gənclər Liqası ilə vidalaşdı
“Qəbələ”nin 19 yaşadək futbolçulardan ibarət komandası növbəti avrokubok matçını keçirib.
Komanda.az xəbər verir ki, Azərbaycan çempionu UEFA Gənclər Liqasının oyununa çıxıb.
Famil Xəlilovun yetirmələri Çempionlar yolunun 2-ci mərhələsində “Olimpiakos”la qarşılaşıb. Qəbələdə 0:3 hesabı ilə uduzan “qırmızı-qaralar” cavab qarşılaşmasını Yunanıstanda keçirib.
Hesabı Pirey təmsilçisi açıb. Meydan sahibləri ilk hissədə fərqləniblər. Fasilədən sonra daha üç qol vuran “Olimpiakos” 4:0 hesablı qələbə qazanıb. “Qəbələ” bu oyunla avrokubok mövsümünü başa vurub.
Xatırladaq ki, “Qəbələ” ilk mərhələdə Macarıstan çempionu “Puşkaş Akademiya”nı üstələyib – 1:1, 1:0.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin