“Qəbələ” üçün ardıcıl 6 mövsüm
Koronavirus üzündən dayandırılan Azərbaycan Premyer Liqasının arxada qalan 20 turunda “Qəbələ” 25 qola imza atıb.
Komanda.az xəbər verir ki, “qırmızı-qaralar”ın heyətində 9 fərqli futbolçu fərqlənib.
Ən yaxşı bombardir mövsümün ilk yarısında 5 dəfə rəqib qapısına yol tapan Davit Volkovdu. Rövlan Muradovla qış transferi Nikolas Rayselin hərəyə 4 qolu var. Çempionatın bərpasından sonrakı 8 turda hər iki futbolçu bu göstəricini artırmaq imkanına malikdi. Keçirdiyi 4 qarşılaşmada yüksək orta məhsuldarlıq göstərən Rayselin cari mövsüm üçün komandanın bombardiri olmaq şansları daha yüksəkdi.
Mövsüm ərzində vurulan qol sayında klub tarixinin rekordçusu Baqali Dabodu. O, 2017/18 mövsümündə 13 dəfə rəqib qapısına yol tapıb. Daniel Subotiç isə ondan 4 il əvvəl 12 qola imza atıb.
Ümumiyyətlə, indiyədək “Qəbələ”nin futbolçuları Premyer Liqada 6 dəfə mövsümdə 10 və daha çox qol vurub. Son 6 çempionatın hərəsində bir oyunçu buna nail olub. Bu futbolçulardan beşi legioner, biri yerlidi.
- Baqali Dabo – 13 (2017/18)
- Daniel Subotiç – 12 (2013/14)
- Cavid Hüseynov – 11 (2014/15)
- Filip Ozobiç – 11 (2016/17)
- Aleksey Qay – 10 (2015/16)
- Ceyms Adeniyi – 10 (2018/19)
Bizi Facebook-da izləyin