“Qəbələ” üçün 2020-ci ildə 19 oyun
Başa çatmaqda olan 2020-ci il son günlərini yaşayır.
Komanda.az xəbər verir ki, “Qəbələ”nin əsas komandası bu il yalnız Premyer Liqada meydana çıxıb.
Komanda bu müddətdə 19 rəsmi oyun keçirib. Buna koronavirus pandemiyası səbəb olub. “Qırmızı-qaralar” sona çatdırılmadan yekunlaşan 2019/20 mövsümündə cəmi 6 matça çıxıb, cari çempionatda isə 13 görüşdə qüvvəsini sınayıb. Hər iki mövsümün kubok görüşləri də baş tutmayıb.
“Qəbələ” 2020-ci ildə 5 qələbə qazanıb, 6 heç-heçə edib və 8 dəfə uduzub. Rəqib qapılarından 24 top keçirən “Qəbələ” futbolçuları 31 qol buraxıb. 9 ev oyununda 2 qələbə və eyni sayda məğlubiyyəti olan “qırmızı-qaralar” 5 heç-heçə edib. Top fərqi komandanın xeyrinə olub – 13:11.
Səfərdə daha çox – 10 görüş keçirən “Qəbələ” 3 qələbə və 1 heç-heçəyə imza atıb. 6 məğlubiyyəti olan komanda 11 top vurub və 20-ni buraxıb.
02.02.2020. Qəbələ – Keşlə – 1:2
07.02.2020. Sabah – Qəbələ – 3:2
16.02.2020. Səbail – Qəbələ – 3:1
22.02.2020. Qəbələ – Neftçi – 0:2
01.03.2020. Zirə – Qəbələ – 1:2
07.03.2020. Qəbələ – Sumqayıt – 5:0
23.08.2020. Qəbələ – Zirə – 1:1
13.09.2020. Sabah – Qəbələ – 3:0
19.09.2020. Qəbələ – Keşlə – 0:0
27.09.2020. Neftçi – Qəbələ – 1:1
03.10.2020. Qəbələ – Sumqayıt – 1:1
17.10.2020. Qarabağ – Qəbələ – 3:0
24.10.2020. Qəbələ – Səbail – 1:1
31.10.2020. Qəbələ – Sabah – 2:1
07.11.2020. Keşlə – Qəbələ – 3:1
22.11.2020. Qəbələ – Neftçi – 1:4
30.11.2020. Sumqayıt – Qəbələ – 0:1
20.12.2020. Qəbələ – Qarabağ – 1:1
24.12.2020. Səbail – Qəbələ – 1:3
2020-ci ildə keçirilən 19 matçda 30 futbolçu “Qəbələ”nin formasını geyinib. Baş məşqçi Elmar Baxşıyevin ən çox şans verdiyi oyunçular 16 dəfə meydana çıxıb. Bunlar Asif Məmmədov, Rövlan Muradov, Nikolas Raysel və Merab Giqauridir. Qapıçı Anar Nəzirov 15 görüşdə iştirak edib.
“Qırmızı-qaralar”ın vurduğu 24 qola 11 futbolçu imza atıb. İlin bombardiri Nikolas Rayseldir. O, 6 dəfə fərqlənib. Rövlan Muradovla Rafael Utriqin hərəsi 3 qola sevinib. Asif Məmmədov, Ülvi İsgəndərov, Yusif Nəbiyev və İvitsa Juniçin aktivində 2 top var. 2020-ci ildə fərqlənməyi bacaran digər 4 futbolçu bir dəfə rəqib qapısına yol tapıb.
Asif Məmmədov (16 oyun, 1085 dəqiqə, 2 qol, 6 sarı vərəqə)
Nikolas Raysel (16 oyun, 1302 dəqiqə, 6 qol, 5 sarı, 1 qırmızı vərəqə)
Merab Giqauri (16 oyun, 1440 dəqiqə, 5 sarı vərəqə)
Rövlan Muradov (16 oyun, 1105 dəqiqə, 3 qol, 10 sarı, 1 qırmızı vərəqə)
Anar Nəzirov (15 oyun, 1325 dəqiqə, -22 qol, 3 sarı vərəqə)
İdris İnqilablı (14 oyun, 1150 dəqiqə, 2 sarı vərəqə)
Yurgen Qoxa (12 oyun, 1061 dəqiqə, 1 qol, 2 sarı vərəqə)
Vinko Medimoreç (12 oyun, 1033 dəqiqə, 1 sarı vərəqə)
Cavid Hüseynov (11 oyun, 515 dəqiqə, 2 sarı vərəqə)
Rafael Utziq (11 oyun, 872 dəqiqə, 3 qol, 2 sarı vərəqə)
Murad Musayev (11 oyun, 877 dəqiqə, 2 sarı vərəqə)
Ülvi İsgəndərov (11 oyun, 536 dəqiqə, 2 qol, 1 sarı vərəqə)
Stefan Vukçeviç (10 oyun, 698 dəqiqə, 1 sarı vərəqə)
Yusif Nəbiyev (10 oyun, 575 dəqiqə, 2 qol, 1 sarı vərəqə)
Qismət Alıyev (10 oyun, 900 dəqiqə, 1 sarı vərəqə)
Ceyms Adeniyi (9 oyun, 505 dəqiqə, 1 qol, 2 sarı vərəqə)
Ehtiram Şahverdiyev (7 oyun, 221 dəqiqə)
Amin Seydiyev (6 oyun, 540 dəqiqə, 1 qol)
İvitsa Juniç (6 oyun, 515 dəqiqə, 2 qol)
Klesio Bauk (6 oyun, 540 dəqiqə, 1 sarı vərəqə)
Ferreyra Lopes (5 oyun, 418 dəqiqə, 1 qol, 3 sarı, 1 qırmızı vərəqə)
Tərlan Əhmədli (5 oyun, 385 dəqiqə, -9 qol, 2 sarı vərəqə)
Abdelrafik Jerar (4 oyun, 206 dəqiqə, 1 sarı vərəqə)
Rüfət Əhmədov (4 oyun, 315 dəqiqə, 1 sarı vərəqə)
Roman Hüseynov (4 oyun, 58 dəqiqə)
Rodriqo Qattas (4 oyun, 168 dəqiqə, 1 sarı vərəqə)
Sadiq Quliyev (3 oyun, 205 dəqiqə, 2 sarı vərəqə)
Faiq Hacıyev (2 oyun, 180 dəqiqə)
Yaovi Akakpo (2 oyun, 20 dəqiqə)
Kamal Mirzəyev (1 oyun, 1 dəqiqə)
Bizi Facebook-da izləyin