
“Qəbələ” qapıçısı ilə vidalaşıb
“Qəbələ” klubu qapıçısı Kristof Atanqana ilə yollarını ayırıb.
Komanda.az xəbər verir ki, bu barədə “qırmızı-qaralar”ın mətbuat xidməti məlumat yayıb.
24 yaşlı kamerunlu qolkiperin müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib.
2021-ci ilin iyulundan “Qəbələ”də çıxış edən Atanqana bölgə təmsilçisində 36 matç keçirib.
O, Premyer Liqada 24, Azərbaycan Kubokunda 10, Konfrans Liqasında 2 oyunda iştirak edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin