
“Qəbələ” “Mingəçevir”lə yoxlama oyunu keçirəcək
Mövsümün ikinci hissəsinə hazırlığını davam etdirən “Qəbələ” ilk yoxlama oyununu yanvarın 19-da keçirəcək.
Komanda.az xəbər verir ki, “qırmızı-qaralar” “Mingəçevir”lə görüşəcək. Qarşılaşma Qəbələ şəhər stadionunda baş tutacaq. Oyun saat 16:00-da start götürəcək.
Hazırlığa yanvarın 9-da start verən Kaxaber Tsxadadzenin baş məşqçisi olduğu komandanın üç yoxlama oyunu keçirməsi nəzərdə tutulub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin