“Qəbələ” 9 futbolçusu ilə yollarını ayırdı – rəsmi
“Qəbələ” klubu 9 futbolçu ilə yollarını ayırıb.
Komanda.az klubun saytına istinadən xəbər verir ki, Premyer Liqa təmsilçisində Cavid Hüseynov, Merab Qiqauri, Nikolas Raysel, Ülvi İsgəndərov, Yusif Nəbiyev, Sadiq Quliyev, Roman Hüseynov, Faiq Hacıyev və Ceyms Adeniyi ilə yollar ayrılıb.
Futbolçuların 2020/21 mövsümünün ardından başa çatan müqavilələrinin uzadılmamasına qərar verilib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin