“Qəbələ”dən ayrılan futbolçu İsrail klubunda
“Qəbələ” ilə yollarını ayıran Ceyms Adeniyinin yeni ünvanı məlum olub.
Komanda.az xəbər verir ki, 28 yaşlı hücumçu “Makkabi” (Petah-Tikva) klubuna keçib. Bu barədə İsrail təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Adeniyi ilə müddəti 2022-ci ilin yayına qədər olan müqavilə imzalanıb.
Adeniyi 2018-ci ilin yayından “Qəbələ”də çıxış edirdi. Nigeriyalı futbolçu “Makkabi”yə azad agent kimi keçib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin