“Qəbələ” ilə oyunlara yaxşı hazırlaşmışıq”
Kiprin “Omoniya” klubunun futbolçusu Çaralampos Çaralampus Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsində üz-üzə gələcəkləri “Qəbələ” barədə danışıb.
Komanda.az xəbər verir ki, 21 yaşlı yarımmüdafiəçi rəqibin gücündən çəkinmədiklərini və hədəflərinin böyük olduğunu söyləyib:
“Qəbələ” çətin komandadır. Bu rəqiblə oyunlara yaxşı hazırlaşmışıq. Super Kubok görüşündən sonra artıq bütün diqqətimiz “Qəbələ” ilə görüşlərədir. Biz “Omoniya”yıq, bunu dəfələrlə göstərmişik, qruplarda iştirak etmişik. Növbəti mərhələyə vəsiqə qazanmaq üçün hər şeyi edəcəyik”.
“Qəbələ” ilə “Omoniya” arasında ilk oyun iyulun 27-də Qəbələdə, cavab matçı isə avqustun 3-də Nikosiyada keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin