“Qəbələ” də fəaliyyətini dondurdu – rəsmi
“Qəbələ” İdman Klubu fəaliyyətini dayandırıb.
Komanda.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Xəbərdə, koronavirus infeksiyasının (COVID-19) dünya ölkələri arasında sürətlə yayılmaqda davam etməsinə görə, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın verdiyi qərarla əlaqədar, “Qəbələ” İdman Klubu kollektivin sağlamlığını nəzərə alaraq, infeksiyaya yoluxmaq riskini azaltmaq məqsədilə bütün idman növləri üzrə məşq fəaliyyətini qeyri-müəyyən müddətə dayandırdığını bildirib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin