“Qəbələ” hazırlığa start verdi

“Qəbələ” 2023/24 mövsümünün ikinci yarısının hazırlığına start verib.

Komanda.az xəbər verir ki, Premyer Liqanın 18-ci turunun “Sabah”la oyunundan sonra istirahətə buraxılan “qırmızı-qaralar” bu gün bir araya gəlib.

Komanda qış təlim-məşq toplanışının ilk gününü bir məşqlə yekunlaşdırıb. Baş məşqçi Elmar Baxşıyevin rəhbərliyi altında gerçəkləşən hazırlıq prosesi günün ikinci yarısına təsadüf edib.

“Qəbələ” toplanış çərçivəsində iki yoxlama oyunu keçirəcək. “Qırmızı-qaralar” yanvarın 10-da “Kəpəz”, 15-də “Araz-Naxçıvan”la üz-üzə gələcək. Matçların başlama vaxtları ilə bağlı əlavə məlumat veriləcək.

Mövsümün ikinci yarısına yanvarın 21-23-də keçiriləcək 19-cu turun oyunları ilə start veriləcək. “Qəbələ” öz meydanında “Sumqayıt”la qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button