
“Qəbələ” futbolçuları Gürcüstandan qələbəsiz qayıtdı
“Qəbələ” futbol akademiyasının U-15 və U-12 komandaları ötən gün Gürcüstanın paytaxtı Tbilisidən geri qayıdıblar.
Komanda.az xəbər verir ki, “Qəbələ” və “Dinamo” klubları arasındakı qarşılıqlı əməkdaşlıq çərçivəsində azərbaycanlı futbolçular 4 gün ərzində qərb qonşularımızın qonağı olublar.
Səfər çərçivəsində keçirilmiş oyunlarda “Qəbələ”nin 12 yaşadək futbolçuları 0:2, 2:3, 15 yaşadək futbolçuları 0:1 və 0:2 hesablı məğlubiyyətlərlə üzləşiblər.
Mövsümün sonunadək Gürcüstan klubu da eyni şərtlərlə “Qəbələ” akademiyasıbın qonağı olacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin