“Qəbələ” fiziki cəhətdən çox güclü komandadır” – “Fehervar”ın baş məşqçisi

Macarıstanın “Fehervar” komandasının baş məşqçisi Mixael Boris evdə “Qəbələ”yə qarşı keçirəcəkləri Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyunundan öncə mətbuat konfransında iştirak edib.

Komanda.az xəbər verir ki, 47 yaşlı məşqçi “Qəbələ” ilə matça ciddi hazırlaşdıqlarını bildirib:

“Sabah yeni mövsümdə ilk rəsmi matçımızı keçirəcəyik. Oyuna ciddi hazırlaşmışıq.

Məşqçilərimizi rəqibin oyunlarına göndərmişdik. Daha bir neçə iclasımız oldu, orda Azərbaycan təmsilçisinin necə oynadığını, nəyə qadir olduğunu müzakirə etdik. Ümumiyyətlə, “Qəbələ” fiziki cəhətdən çox güclü komandadır. Bu oyuna tam hazır olmaq üçün təlim-məşq toplanışında hər şeyi etmişik”.

İyulun 21-də “Mol Arena”da oynanılacaq “Fehervar” – “Qəbələ” matçı saat 21:00-da başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button