“Qəbələ” də Antalya toplanışına start verdi

2018/19 mövsümünün ikinci yarısına hazırlığını davam etdirmək üçün bu gün Türkiyəyə yollanan “Qəbələ” Antalya toplanışına start verib.
Komanda.az xəbər verir ki, “qırmızı-qaralar” qonşu ölkədəki hazırlıq prosesinin ilk günündə bir məşqlə kifayətləniblər.
Hazırlıq günün ikinci yarısına təsadüf edib. Komanda fitnes zalda çalışıb. Futbolçular fiziki təmrinləri yerinə yetiriblər.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin