“Qəbələ” daha bir futbolçu transfer edib

“Qəbələ” klubu heyətinə daha bir futbolçu qatıb.

Komanda.az bölgə təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Murad Musayevlə yeni müqavilə imzalanıb.

30 yaşlı müdafiəçi ilə anlaşma 2 il müddətinə nəzərdə tutulub.

Əvvəllər də “Qəbələ”də çıxış etmiş Musayev karyerası ərzində “Zirə” və “Səbail”in də formasını geyinib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button