“Qəbələ” braziliyalı hücumçu gətirir

“Qəbələ” heyətini legioner futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, əyalət təmsilçisi Avstriyanın “Admira Vakker” klubunun hücumçusu Patrikin keçidini həll edib.

Bu barədə Avstriya təmsilçisinin rəsmi saytı məlumat yayıb. Tam adı Patrik Robson de Souza Monteyro olan forvard mövsümün sonuna kimi icarə əsasında “Qəbələ”də çıxış edəcək. Lakin Premyer Liqa klubu hələ bu transferi rəsmi olaraq açıqlamağa tələsmir.

Patrik 2021-ci ilin yayında “Admira Vakker” klubuna transfer olunub. 23 yaşlı hücumçu daha öncə Avstriyanın “Horn” klubunda da çıxış edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button