“Qəbələ” Boludan qayıtdı
“Qəbələ” Türkiyənin Bolu şəhərində təşkil olunan təlim-məşq toplanışını başa vurub.
Komanda.az xəbər verir ki, iyulun 10-da qardaş ölkəyə yollanan “qırmızı-qaralar” bu gün vətənə qayıdıb.
Komanda Boluda üç yoxlama oyunu keçirib. “Qəbələ” Moldovanın “Sukleya” (4:2), Rusiyanın “Orenburq” (1:1) və Şimali Makedoniyanın “Qostivar” (3:1) klubları ilə üz-üzə gəlib.
“Qırmızı-qaralar” hazırlıq prosesini iyulun 22-də bərpa edəcək. Komanda Qəbələdə bir araya gələrək yeni mövsümə hazırlaşacaq.
Xatırladaq ki, Konfrans Liqasında mübarizə aparacaq “Qəbələ” ayın 27-də Kiprin “Omoniya” klubu ilə görüşəcək. 2-ci təsnifat mərhələsinin ilk oyunu Qəbələ şəhər stadionunda baş tutacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin