
“Qəbul etməli olduğumuz çoxlu qərarlar var” – Poçettino
“Çelsi”nin baş məşqçisi Maurisio Poçettino komandada həddən artıq çox futbolçunun olduğunu bildirib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, argentinalı mütəxəssis yoldaşlıq görüşündə aşağı liqa təmsilçisi “Vreksham”ı məğlub etdikdən (5:0) sonra fikirlərini bölüşüb:
“Komandada çoxlu futbolçumuz var. Mövsümdə oyunçularımızı təhlil etməli və onları dəyərləndirməliyik. Qəbul etməli olduğumuz çoxlu qərarlar var. Bu qərarlar həm oyunçular, həm də bizim üçün vacibdir”.
Poçettino 2023-cü ilin yayından “zadəganlar”a rəhbərlik edir. Komanda ötən mövsümdə İngiltərə Premyer Liqasını 12-ci pillədə başa vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin