“Qarabağ”ın keçmiş futbolçusu İngiltərə klubu ilə müqavilə bağlayıb
Bosniyalı qolkiper Asmir Beqoviç növbəti dəfə İngiltərənin “Everton” klubunun futbolçusu olub.
Komanda.az İngiltərə klubunun rəsmi saytına istinadən xəbər verir, 37 yaşlı qolkiperlə 2025-ci ilin yayına kimi olan müqavilə imzalanıb.
Beqoviç bundan əvvəl də “Everton”da çıxış edib.
Bosniyalı qapıçı 2019-20-ci illərdə icarə əsasında “Qarabağ”da forma geyinib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin