
Qyokereşin “Arsenal”a keçidinin bütün detalları həll olunub
Viktor Qyokereşin Lissabon “Sportinq”indən “Arsenal”a keçidinə az qalıb.
Komanda.az “The Athletic”-ə istinadən xəbər verir ki, klublar müqavilə ilə bağlı tam razılığa gəliblər.
Onlar əvvəl prinsipial razılığa gəlsələr də, indi bütün detallar həll olunub. “Sportinq” 27 yaşlı forvardın “Arsenal”a getməsinə icazə verib. İsveçli hücumçunun sabah tibbi müayinədən keçəcəyi gözlənilir.
Qyokereşin transfer qiyməti 63,5 milyon avrodur. Bu, sabit bir hissədir. Daha 10 milyon avro isə klublar arasında müqaviləyə bonus kimi daxil edilib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



