“Yayda hər şey aydın olacaq”- Adı “Arsenal”la hallanan futbolçu

Lissabon “Sportinq”inin hücumçusu Viktor Qyokereş “Arsenal”la bağlı transfer şayiələrinə münasibət bildirib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, isveçli forvard bu barədə konkret nəsə deməyin çətin olduğunu söyləyib:

“Bu barədə konkret nəsə demək çətindir, çünki futbolda nə baş verəcəyini heç vaxt bilmək olmur. “Arsenal”? Hələ ki, heç nə məlum deyil. Mən tam şəkildə oyunlara fokuslanmışam. Deyilənlər doğrudursa, yayda hər şey aydın olacaq”.

Mətbuatda daha əvvəl Qyokereşin “Arsenal”la uzunmüddətli müqavilə imzalayacağı barədə xəbərlər yayılıb. Potensial transferin dəyəri 75 milyon avro qiymətləndirilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button